Güclü yağış gözlənilir - Bakı növbəti leysana hazırdır?
Bu həftə ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacağı proqnozlaşdırılır.
Paytaxtda iki həftə əvvəl normadan artıq yağan yağışlar nəticəsində yaranan problemlərin təkrarlanmaması üçün hansı tədbirlər görülüb?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, qurum hazırda mövsümə uyğun olaraq, su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.
Qeyd olunub ki, əsasən, kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri görülür: “Qeyd olunan proseslər intensiv yağıntılar zamanı həm yağış, həm də tullantı sularının maneəsiz şəkildə daşınması məqsədilə həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.
Ayşən Azadova