Close

Bakıda tramvay və trolleybus xətləri nə vaxt bərpa olunacaq?

“Tramvayların Bakı şəhərinə gətirilməsi və ya yenidən istifadə olunması zaman-zaman müzakirə edilən aktual mövzulardandır”.

Bunu TNS-ə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Ekspert bildirib ki, tramvay xətlərinin yaradılması və ya bərpası üçün şəhər infrastrukturunun uyğun olması vacibdir: “Bakı şəhərində 2001-ci ildən başlayaraq, tramvay və trolleybus xətləri söküldü. Bu, o zamanın Bakısı üçün əlverişli bir mühit idi. Amma indi bu xətlər bərpa edilərsə, sərnişindaşıma sahəsində müsbət addım olar. Onların birlikdə gündəlik 15-20 min sərnişini daşımaq imkanlarının olduğunu düşünsək, digər ictimai nəqiliyyat vastələrinin yükü ciddi şəkildə azalacaq. Nəticədə avtobus və metrolarda sərnişin sıxlığı xeyli azalmış olacaq”.

Ekspertin sözlərinə görə, Bakıda nəqiliyyat vastələrinin sərnişin yükü çox olan ərazilərdə tramvay və trolleybus xətlərinin inşa edilməsi vacibdir: “Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda və sürücülük vəsiqəsinin alınması zamanı tərtib olunan sual bazasında relsli və relssiz nəqliyyat vasitələrindən söhbət açılır. Bu, o deməkdir ki, dövlət gələcəkdə tramvay və trolleybus xətlərini bərpa etmək məsələsini diqqətdən kənarda saxlamır”.

Ayşən Azadova