Close

Yağış Bakını iflic etdi- Bu ərazilərdə yollar bağlandı - FOTO

Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur.

670004ce-448a-477b-9fa3-3128f67fff24 Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinindən TNS-ə verilən məlumata görə, yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə mərkəzin əməkdaşları yol polisi əməkdaşları ilə birgə tədbirlər görürlər.

Məhdudiyyət tətbiq edilən yollar:

670004ce-448a-477b-9fa3-3128f67fff24

1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.