Close

Bakıda su xətlərinin üzərində tikilən TƏHLÜKƏ

Bakıda su xətlərinin üzərində tikinti norma və qaydalarının tələblərini pozan fərdi yaşayış evləri və villalarla bağlı hansı tədbirlər görülür?

Bu barədə TNS-in sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirilib ki, su xətlərinin üzərində inşa edilən fərdi yaşayış evləri və villalarla bağlı müvafiq qurumlara müraciət edilib.

“Məsələ ilə bağlı Bakı şəhəri üzrə rayonların İcra hakimiyyətlərinə müraciətlər etmişik, müvafiq qurumları dəfələrlə su xətlərinin üzərində inşa edilən tikinti işlərinin təhlükəli olduğu barədə məlumatlandırmışıq”, - deyə Ceyhun Musaoğlu bildirib.

Ayşən Azadova