Close

Bakıda Sabunçu tunelində batan iki nəfərdən birinin meyiti çıxarılıb - YENİLƏNİB/VİDEO

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı bildirilir.

TNS-in məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

14:30

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.

TNS xəbər verir ki, "Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.