Close

"Bağırov körpüsü"ndə təhlükəli vəziyyət- Hərəkət tam dayandırıldı - FOTO

Bakı şəhərinin Nərimanov rayonunda "Bağırov körpüsü"nü su basıb.

Bu barədə TNS-ə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən bildirilib.

"Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, "Bağırov korpüsü"nün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb", - məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərləri gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

"Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır", - BŞİH-in Mətbuat xidməti qeyd edib.

Ekran_skli_2024-10-22_082330