Close

Bakı metrosunda yanğın: bu stansiya bağlandı-YENİLƏNİB

Mertonun "Nizami" stansiyasında girişə qoyulan qadağa götürülüb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov TNS-ə bilidirb ki, hazırda "Yaşıl" və "Qırmızı" xətlər üzrə hərəkət tam bərpa olunub.

10:40

Bakıda metroda qatarların hərəkət tunelində yanğın olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov TNS-ə bilidirb ki, hadisə "Nizami" stansiyasından "28 May"stansiyasına gələn tuneldə baş verib: "Maşinist dərhal dispetçer xidmətinə məlumat verib, yüksək gərginlik ayrılıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. "Nizami" stansiyası sərnişinlərin girişi üçün bağlanıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. 25 dəqiqədən sonra qatarların hərəkəti təmin edilib".