“BakıKart” tətbiqindəki problem nə zaman aradan qaldırılacaq? - RƏSMİ
“BakıKart” tətbiqində problemlərin yaranması uzun zamandır hər kəsə məlumdur. Sərnişinlər texniki nasazlıq səbəbindən xeyli vaxtdır, tətbiqdən istifadə edə bilmirlər.
“BakıKart” tətbiqində yaranan texniki problem nə zaman aradan qaldırılacaq?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki,“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir: “Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.
Tural Orucov qeyd edib ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq.
Ayşən Azadova