Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024
21:32
21 Dekabr 2024

Metroda təhlükəsizlik necə təmin olunur? – Baş verən iki bədbəxt hadisə göstərdi ki...

Bir gündə "Bakı Metropoliteni"ndə iki bədbəxt hadisə qeydə alınıb. Hadisələrdən biri ölümlə, digəri fiziki sağlamlığın ciddi şəkildə itirilməsi ilə nəticlənib.

Yaşanan hadisələr metro nəqliyyatı ilə bağlı təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirir.

Məsələ ilə bağlı TNS-ə danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bir sıra məqamlara toxunub.

Artıq illərdir, metro ərazisində hərəkətin sıx olduğunu deyən qurum rəsmisi əlavə edib ki, metropolitenin əsas vəzifəsi sərnişinlərin təhlükəsiz şəkildə daşınması üçün lazım olan tədbirləri görməkdən ibarətdir: “Bu gün sərnişinlərimizin daha çox narazı olduğu məqamlardan biri də artıq stansiyaların girişində, eskalator meydançasında hərəkətin tənzimləməsi ilə bağlıdır. Bu tənzimləmələrin əsas məqsədi sərnişin sıxlığının platforma səviyyəsində ifrat həddə çatmasının qarşısını almaqdır. Çünki platformanın hər birinin bəlli buraxıcılıq qabiliyyəti, hər qatarın bəlli sərnişin tutumu var. Buna uyğun olaraq sərnişinlərin stansiyaya girişində nizamlama tədbirləri görülür. Srağagün baş verən hadisələrin sıxlıqla, metro ərazisində olan hər hansı neqativliklə əlaqəsi yoxdur. Çünki ilk hadisə baş verəndə qatarda sıxlıq dövrü olmayıb. “Ulduz” stansiyasında isə ümumiyyətlə sıxlıq olmur”.

B. Məmmədov qeyd edib ki, metropolitendə təhlükəsizlik məsələləri istisnasız olaraq bütün stansiyalar və infrastruktur üçün keçərlidir: “Hətta hər hansı innovativ yenilik edilərkən belə, bu məsələ birinci olaraq qiymətləndirilir. Bu gün təhlükəsizliyin qorunması üçün metropolitendə texniki, insan resursları imkanı baxımdan nə varsa, hamısı səfərbər olunub. Stansiyaların hər birinə növbətçilər qoyulur.

Ən vacib məsələ metrodan istifadə edən hər kəsin diqqətli olmasıdır. Hətta ətrafda olan insanlar da digərlərinin hərəkətlərinə qarşı diqqətli olsalar, yaxşı olar. Sentyabrın 15-dən sonrakı müddətdə əsas diqqətdə saxlanılan məsələ metrodan yeni istifadəyə başlayan və artıq daimi sərnişinlərə çevrilənlərlə bağlı olur. Ali və orta ixtisas məktəbləri açılır, yeni işə başlayanlar olur və s.”.

Qurum sözçüsü son dövrlərdə əsas problemlərdən birinin də metro ərazisində mobil telefonlardan istifadə ilə bağlı olduğunu deyib: “Sərnişin qatarı gözləyən yerdə qulağında qulaqlıq, başı aşağı salınmış vəziyyətdə telefonla məşğul olur. Normativə görə, sərnişini nəyisə etməməyə məcbur edə bilmərik. Kənardan baxanda bəlkə də telefonla məşğul olması normal hal kimi qarşılanır. Amma hərəkət edən qatar gələndə cazibə qanununa görə mobil telefon amilinin qatara müəyyən təsirləri ola bilər”.

Aygün