Close

Bakının kanalizasiya dərdi - Leysan yağışlarına hazırıqmı?

Artıq yağışlı payız fəslindəyik. Havaların soyuması yağışların intensivləşməsi ilə nəticələnib. Son illərdə Bakıya yağan leysan xarakterli yağışlar paytaxt küçələrində problemlər yaradıb. Bəs bu il necə? Bakının kanalizasiya sistemi yağışlı havalara hazırdırmı?

Mövzu ilə bağlı TNS-in sorğusunu cavablandıran Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb: “Tədbirlər planına əsasən, işlər başa çatdırılıb. Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsi il boyu davam edəcək. Maksimum səviyyədə səy göstəririk ki, kəskin hava şəraitində, yağıntıların intensiv olduğu hallarda kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın. Yekun tamamlanma işləri hazırdır, vəziyyət daim nəzarətdə də saxlanılır”.

Ayşən Azadova