Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq
11
11:48 - 02 Oktyabr 2024
Oktyabrın 5-i saat 00:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə TNS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.