Close

161 nömrəli məktəbdə anım tədbiri keçirildi

Bakıdakı 161 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil olunub.

TNS xəbər verir ki, tədbirdə məktəbin şagird-müəllim heyəti, şəhid polkovnik-leytenant Mehman Qənbərovun həyat yoldaşı Xuraman Qənbərova, şəhid övladları iştirak ediblər.

Rəşadətli ordumuzun bizə bəxş etdiyi bu böyük qələbənin ildönümünü qeyd etmək məqsədi ilə keçirilən tədbirdə şəhidlərimizin xatirəsi anılıb.

Məktəbin müəllimləri, şagirdləri çıxış edərək, bu günün əhəmiyyətini bir daha vurğulayıblar.

161-2