Close

21:48
28 Sentyabr 2024

Bakıda ən bahalı kirayə evlər bu ərazidədir – Aylıq 30 min manat…

Bir müddət əvvəl Bakıda kirayə mənzil bazarında aktivlik nisbətən azalmış, qiymətlər bir qədər enmişdi.

Yeni dərs ilinin başlanması Bakının kirayə mənzil bazarında canlanma yaradıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev TNS-ə bildirib ki, hazırda Bahıda kirayə evlərin qiymətləri 600 manatdan başlayır. Mərkəzdə isə bu qiymətlər 2500-3000 manat arasındadır: “Bakı şəhərində daha yeni tikilən binalarda kirayə mənzillərin qiymətləri yüksəkdir. Köhnə binalarda isə qiymət nisbətən münasibdir. Belə ki, köhnə binalarda qiymətlər 350 manatdan başlayır, 500-800 manata çatır. Ən bahalı mənzillər əsasən, mərkəzdə yerləşən kompleks binalardadır. Həmin mənzilləri əsasən, xarici ölkə vətəndaşları olan səfirliklərin, müxtəlif şirkətlərin əməkdaşları kirayə götürür. Eyni zamanda, villa tipli həyət evlərinin də kirayə haqqı yüksəkdir. Belə bahalı evlər daha çox Nərimanov, Səbail rayonları ərazisindədir. Həmin villaların kirayə qiymətləri aylıq təqribən 2000 manatdan başlayır, 25000-30000 manata qədər yüksəlir. Bu tipli evlərdə ofis, səfirlik, iaşə obyektləri fəaliyyət göstərir”.

Ayşən Azadova