Close

19:01
20 Sentyabr 2024

Xocalı prospektində nişanlanma xətləri ilə bağlı açıqlama

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.

TNS xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.