Close

23:50
19 Sentyabr 2024

Bakıda 4 zolaqlı yol birzolaq oldu: cərimə 100 AZN - VİDEO

Xətai rayonunda yeni çəkilmiş yol tənqidlərə səbəb olub.

TNS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Bildirilib ki, sözügedən yol 4 zolağa bölünüb – solda velosiped yoludur, orta avtomobillər üçün, sağ hissə avtobuslar üçün nəzərdə tutulub, sağ kənar zolaq isə parkinqə ayrılıb.

Vətəndaş deyir ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, əlavə problem də yaradır. Maşını park etmək istyən sürücülər mütləq avtobus zolağına daxil olmalıdır, bu isə onların 100 manat cərimələnməsi deməkdir.

Sözügedən görüntüləri təqdim edirik: