Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
13
15:31 - 18 Sentyabr 2024
Sabah saat 06:00-dan Bakının Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmirlə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə TNS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.
Əlaqəli xəbərlər
14:08
16 Sentyabr 2024