Close

COP29 zolağına yalnız bu avtomobillər buraxılacaq

Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı paytaxt yollarında çəkilən xüsusi zolaqalara daxil ola biləcək nəqliyyat vasitələri məlum olub.

TNS-in məlumatına görə, həmin zolaqlar noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirində iştirak edəcək qonaqları daşıyan xüsusi icazəli nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Tədbir iştirakçılarının rahat və təhlükəsiz daşınması üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq və həmin nəqliyyat vasitələri yalnız qonaqların daşınması ilə məşğul olacaq.

Məlumata görə, COP29 zolağına həmçinin ictimai nəqliyyat da buraxılacaq. Digər avtomobillərin zolağa daxil olması qadağandır. Zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri müəyyən edilərək cərimələnəcək.