Close

22:00
18 Sentyabr 2024

Metroda ciddi problem: “28 May” stansiyasında sərnişinlər platformada qalıb - FOTO-YENİLƏNİB

Bakı metropoliteninin "28 may" stansiyasında yaranan problemin səbəbi məlum olub.

"Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TNS-ə açıqlamasında bildirib ki, hazırda hadisə yerindədir: "Yeni tədris ilinin başlanması ilə bağlı stansiyalarda sıxlıq yaranıb. Sıxlıq zamanı eskalatorla hərəkət edən sərnişinlərdən biri yıxılıb. Nəticədə eskalatoru dayandırmalı olublar. Eskalatorda qısa fasilə yaranıb, sərnişinə yardım olunandan sonra qurğu yenidən işə salınıb. Hazırda sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür, xəttə ehtiyat qatarlar buraxılıb, vəziyyət tənzimlənir".

B. Məmmədov qeyd edib ki, ötən illərlə müqayisədə bu il tədris ilinin ilk günü sərnişin sıxlığı daha çoxdur.

13:50

Metronun “28 May” stansiyasında ciddi problem yaranıb.

TNS-in stansiyada olan əməkdaşı xəbər verir ki, sərnişinlər platformada sıxışıb qalıb. Onların stansiyadan bayıra çıxmasında çətinlik yaranıb. Sıxlıqda özünü narahat hiss edən sərnişinlər var. Onlar sıxlıqdan və havasızlıqdan təngənəfəs olublar. 

Buna qatarlar arasında intervalın və eskalatorların hərəkətinin düzgün tənzimlənməməsi səbəb olub.

met1

met3