Close

Metronun yeni stansiyası nə vaxt istifadəyə veriləcək? - RƏSMİ

Bakı metropoliteninin “B-04” stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.

Bu barədə TNS-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda hazırda keçidlərin inşasının tamamlanması prosesi gedir: "Artıq stansiyanın eskalator və digər avadanlıqları gətirilib. Tikinti yekunlaşdıqdan sonra quraşdırılma işlərinə başlanacaq".

metrob

Xatırladaq ki, Bakı Metropoliteninin “Bənövşəyi” xətt üzrə sayca 4-cü olan bu stansiyanın tikintisinə 2021-ci ildə başlanılıb.

Metrostansiya özü 4 səviyyədən ibarət olacaq. Yeni stansiya 144 metrlik platforma, ümumən isə 170 metr uzunluğunda kompleksdir.

Stansiyanın 2024-cü ilin sonlarında təhvil verilməsi planlaşdırılırdı. Sonradan isə stansiyanın 2025-ci ilin sonlarında təhvil verilməsi barədə qərar qəbul edilib.