Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Ələt-Astara yolunda hərəkət məhdudlaşdırılır - XƏBƏRDARLIQ

Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Baş Dpvlət Ol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.