Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

"Həzi Aslanov-2" metrostansiyasının tikintisinə nə mane olur?- AÇIQLAMA

Yeni tədris ilinin başlanmasına saylı günlər qalıb. Hər tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhərində sərnişin sıxlığı yaranır və bu da narazılığa səbəb olur. Sərnişin sıxlığı əhalinin əsas istifadə etdiyi metro stansiyalarında özünü daha çox biruzə verir.

Ekspertlərin fikrincə, metro stansiyalarında sıxlığın aradan qaldırılmasının yolu metroda hərəkət edən qatarlar arasında intervalın azaldılması və "Həzi Aslanov - 2" xəttinin tikilməsidir. Yalnız bu halda metro stansiyalarında sıxlıq nisbətən aradan qaldırıla bilər. Bu proseslərdən biri artıq neçə illərdir ki, tətbiq edilir - pik saatlarda qatarlar arasındakı interval 2 dəqiqəyə qədər azaldılır. Amma buna baxmayaraq, metro stansiyalarında sıxlıq aradan qaldırılmır.

2012-2013-cü illərdə Bakı Metropoliteninin “Yaşıl” xətti üzrə stansiya yollarının ayrılması üçün "Həzi Aslanov-2" xəttinin inşasına başlansa da, bir müddətdən sonra tikinti dayandırıldıı. Bu günə qədər də həmin xəttin tikintisi bərpa edilməyib. 2023-cü ildə adıçəkilən xəttin inşasının davam etdiriləcəyi deyildi, amma indiyədək bu proses həyata keçirilmir.

"Həzi Aslanov-2" xəttinin tikintisinə nə mane olur?

Məsələ ilə bağllı TNS-ə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni xəttin tikinti işlərinin bərpası bir neçə səbəbdən, o cümlədən Bakının Baş Planından asılıdır: "Adıçəkilən stansiyanın tikintisinə başlanması həm Baş Plandan asılıdır, həm də "Xətai" stansiyasından sonrakı xətt üzrə 3 əlavə stansiya inşa edilməlidir. "Həzi Aslanov-2" xətti inşa edilən qədər həmin 3 stansiyanın tikilməsi ilə bağlı məsələlər həll edilməli idi. Yəni həmin dövrə qədər o istiqamətdə planlaşdırılan işlər görülüb. Amma "Həzi Aslanov-2" xəttinin tikintisi nə vaxt başlanacaq, o, Bakının Baş Planından asılıdır. Baş Plana uyğun olaraq, bundan sonrakı dövrdə aparılacaq təhlillər, şəhərin nəqliyyat ehtiyacları üzrə məsələlər bəlli olduqdan sonra tikinti işlərinə başlana bilər".

B. Məmmədov bildirib ki, adıçəkilən stansiyanın inşasına başlanması vaxtı hələlik məlum deyil.