Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
TNS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
6. "20 Yanvar" dairəsində;
7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.