Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

"Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur."
TNS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
14:26
Metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə TNS-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülüb. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilib.
Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.
"Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur", - deyə bildirilib.
13:44
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var.
Bu barədə TNS-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O deyib ki, bu barədə əlavə məlumat veriləcək.