Binəqədi sakinləri təhlükədədir

Binəqədi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 6 ünvanında gövdəsi çürümüş böyük ağac ərazi sakinləri və yoldan keçən vətəndaşlar üçün təhlükə yaradır.
TNS xəbər verir ki, bu barədə jurnalist Şahin Nəcəfl özünün “Facebook” hesabında yazıb.
O bildirib ki, hündürlüyü 15-16 metr olan olan ağac aşsa, böyük faciəyə səbəb ola bilər: “Ağacın içi tamam çürüyüb, qabıqlarının hesabına aşmır. Kölgəsində uşaqlar oynayır. Bu təhlükə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə etdiyimiz müraciətə reaksiya verən yoxdur.
Ağacın yaxınlığında tikilməkdə olan obyekt var. Hər gün oraya xeyli məmur gəlib-gedir. Bina sakinləri həmin məmurların yanına gedib, ağac barədə şikayətlərini bildirirlər, baxan yoxdur. Küləkli havalar başlayıb, belə getsə, bədbəxt hadisədən qaçmaq mümkün olmayacaq”.