Close

Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

TNS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.