Bu qurumun direktoru işdən çıxarıldı
45
17:55 - 10 Mart 2023

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov vəzifəsindən azad edilib.
TNS xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Birliyin direktoru vəzifəsinin icrası direktor müavini Mirdamət Seyidova həvalə edilib.
Məlumat Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti tərəfindən təsdiqlənib.