Ərdoğan Şimali Kiprin TDT-yə qəbul olunmasını təklif edib
14
13:25 - 21 May 2025

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Şimali Kiprin türk xalqı ilə həmrəyliyini artırmalıdır.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.
Dövlət başçısı Türk dövlətlərindən bu istiqamətdə əməli addımlar atacaqlarını gözlədiklərini vurğulayıb:
“Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də qısa müddətdə Şimali Kiprin TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq”.