Mərmərə və Egey dənizləri üçün fırtına xəbərdarlığı verildi
Sabah Türkiyənin Mərmərə və Şimali Egeydə küləyin şimal istiqamətdən, Cənubi Egeydə isə cənub istiqamətdən fırtına şəklində əsəcəyi gözlənilir.
TNS bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Proqnozlara görə, Şimali Egeyin şimalında külək sabahın erkən saatlarından etibarən şimal və şimal-şərqdən 6-8 bal gücündə (saatda 50-75 km sürətlə) fırtına şəklində əsəcək. Cənubi Egeynin şimalında isə küləyin cənub və cənub-şərqdən eyni gücdə əsəcəyi gözlənilir.
Qeyd edək ki, fırtınanın Mərmərə dənizində bazar ertəsi günü səhər saatlarında, Egeydə isə günorta saatlarında təsirini itirəcəyi proqnozlaşdırılır.