Saxta peyğəmbərdən inanılmaz hərəkət – İnsanların evlərini satdırıb…
33
21:05 - 11 Oktyabr 2024
Türkiyənin Çanakkale vilayətində özünü “Mehdi” elan edən Mustafa Ç. və 15 müridi saxlanılıb.
TNS DHA-ya istinadən xəbər verir ki, Mustafa Ç. ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək, onların külli miqdarda pulunu mənimsəyib.
Məlum olub ki, saxta peyğəmbər ona inanan şəxslərə yüksək faizlə sələmə pul verib. Borcunu qaytara bilməyəni isə daşınmaz əmlaklarını satmağa, bankda kredit götürməyə məcbur edib.
Keçirilən əməliyyatla saxlanılan “Mehdi” və daha 15 nəfər barədində mütəşəkkil cinayətkar dəstə yaratmaq, dələduzluq maddələri cinayət işi başlanıb.