Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Türkiyədə polisi silahla hədələyən keçmiş boksçu saxlanıldı

Türkiyənin Bursa şəhərində keçmiş boksçu saxlanılıb.

Bu barədə TNS DHA-ya istinadən xəbər verir.

Məlumata görə, keçmiş boksçu olduğu iddia edilən İsmet Kahrıman adlı 45 yaşında kişi 3 radələrində dördmərtəbəli binanın ən üst mərtəbəsindəki evində yüksək səslə musiqi dinləməyə başlayıb.

Səs-küydən narahat olan qonşular polisə şikayət ediblər.

Əraziyə gələn polislər Kahrımana musiqinin səsini kəsməsi ilə bağlı xəbərdarlıq ediblər. Lakin o, pəncərəyə çıxaraq tapançasını polis qruplarına tərəf tuşlayıb. Polis şübhəli şəxsin silahını doldurub-boşaltdığını gördüyü zaman əraziyə əlavə qüvvələr göndərilməsini istəyib.

İsmet Kahrıman Polis Xüsusi Əməliyyat qrupları tərəfindən evdə keçirilən əməliyyat zamanı saxlanıb və nəzarət altına alınıb.

Polis bölməsinə aparılan şübhəli ilə bağlı araşdırmalar davam edir.