Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

İstanbulda Türk dünyasının mədəni irsi ilə bağlı tədbir keçirilir

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən Türk dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı həyata keçirilir.

TNS xəbər verir ki, Türk dünyasının mədəni irsinin idarə olunması ilə əlaqəli qurumların iştirakı ilə gerçəkləşən tədbir sentyabrın 23-də başlayıb, ayın 27-dək davam edəcək.

Təcrübə mübadiləsi məqsədilə həyata keçirilən proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan sahə üzrə yüksək ixtisaslı mütəxəssislər qatılıb.

Layihənin tərəfdaşları Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Fondudur.