Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Türkiyədən Livana yardım təyyarəsi göndərilib

Türkiyədən Livana yardım daşıyan təyyarə Beyruta enib.

TNS xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinə məxsus yardım təyyarəsi Beyrut Rəfiq Həriri Beynəlxalq Hava Limanına eniş edib.

Məlumatda bildirilir ki, yardım materialları daşıyan təyyarəni hava limanında Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.