Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Türkiyə Prezidenti: "ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir"

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.

TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “NBC” kanalına müsahibəsində bildirib.

Ərdoğan bu məsələdə bütün NATO ölkələrinin addımlarına baxacaqlarını bildirib.

Türkiyə Prezidenti bir çox NATO ölkəsinin də Ukraynanın bu təşkilata üzv olmasını istəmədiyini vurğulayıb.

“Hazırda biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün NATO üzvlərinin mövqeyini nəzərə alırıq və qərarlarımızı buna uyğun veririk. Bu qərarlar emosiyalarla verilmir”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti bu mövzuda özünün də qəti qərar vermədiyini diqqətə çatdırıb.