Close

Şimali Kipr XİN-dən Naxçıvan Anlaşmasının ildönümü ilə bağlı paylaşım

Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə Naxçıvan Anlaşmasının 14-cü ildönümü ilə bağlı paylaşım edib.

TNS xəbər verir ki, paylaşımda bildirilib: “Türk Dövlətləri Təşkilatının güclü iradəsi və ortaq səyləri nəticəsində beynəlxalq təşkilata çevrilməsinin təməlinin qoyulduğu Naxçıvan Anlaşmasının 14-cü ildönümünün bütün Türk Dünyasına rifah gətirməsini arzulayır, 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edirik.

Şimali Kipr Türk Respublikası ana Vətən Türkiyə Cümhuriyyəti, Türk Dünyası ilə birlikdə hərəkət etmək, türk əməkdaşlığını inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.