Close

Bu tarixdə Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Türkiyə Prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək.

TNS xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (parlament) and içəcək.

Həmçinin əlavə olunub ki, Türkiyə lideri tərəfindən Nazirlər Kabinetinin tərkibinin açıqlanacağı da gözlənilir.