Close

HDP prezidentliyə namizəd irəli sürməyəcək - RƏSMİ

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək.

TNS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb.

Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.