Close

22:51
28 Mart 2024

Türkiyədə zəlzələlərdə dağılan binalara görə həbs olunanların sayı açıqlanıb

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya zədələnən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1219 nəfər şübhəli qismində məsuliyyətə cəlb edilib.

TNS Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

Onun sözlərinə görə, hazırda şübhəli şəxslərdən 284 nəfəri saxlanılıb.