Close

19:53
24 Aprel 2024

Ərdoğan: "Türk dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır"

Türk Dövlətləri TANAP da daxil olmaqla Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji təhlükəsizliyi üçün əsas rol oynayır.

TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan Azərbaycan, Qazaxıstan və Türkmənistan neftini 16 ildir, dünya bazarlarına çıxarır.