Close

19:53
24 Aprel 2024

Türkiyənin bəzi bölgələrində "narıncı" xəbərdarlıq elan edilib

Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.

Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir.

AFAD yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olunması barədə xəbərdarlıq edib.