Close

Türkiyədə zəlzələdə həlak olan tibb işçilərinin sayı açıqlanıb

Türkiyədə zəlzələ nəticəsində həlak olan tibb işçilərinin sayı açıqlanıb.

TNS “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 14 mart “Tibb Günü” ilə əlaqədar sosial media paylaşımında məlumat verib.

Nazir bildirib ki, zəlzələdə 505 tibb işçisi həyatını itirib.

“14 mart “Tibb Günü” olsa da, bizim üçün bayram deyil.Yas içindəyik. Bu il martın 14-ü xalqımızla yaraları sağaltma gündür”,- F.Qoca qeyd edib.