Close

21:47
19 Aprel 2024

"Bir ölkə 7 vitse-prezidentlə idarə edilə bilməz, bunun mümkün ola biləcəyini deyən axmaqdır”

“Gənclik” Partiyasının qurucusu, hazırda Fransada mühacir həyatı yaşayan Cem Uzan “6-lı masa”dakı partiya liderlərinə vitse-prezidentlik statusu verilməsini sərt tənqid edib.

TNS xəbər verir ki, ötən gün jurnalist Şaban Sevincin proqramında çıxış edən Cem Uzan bunları deyib:“Türkiyəm, dünyada 7 vitse-prezidentlik deyilən bir rejim yoxdur. Buna icazə verməyin. İntihar etməkmi istəyirsiniz? Bu ölkəni parçalamaqmı istəyirsiniz? Türkiyə bu teatrı yaşadı. Bunu Türkiyəyə Meral Akşener, Kılıçdaroğlu yaşatdı. İnciməsinlər, amma bir ölkə 7 vitse-prezidentlə idarə oluna bilməz. Bunun mümkün ola biləcəyini deyən axmaqdır”.

Xatıraldaq ki, Cem Uzan daha əvvəl qatıldığı proqramlarda da müxalifətin mövcud idarəetmə mexanizmini tənqid etmişdi.

“7 vitse-prezident yoxdur. Nə edəcəksiniz? 60 nazir olacaq ölkədə? Türkiyədə 2 min və ya 3 min deputatın olmağını istəyirsiniz?”- deyə, o bildirmişdi.(azpolitika.info)

c52b9747-76a0-4847-bf62-68df14c698a6