Close

Türkiyədə zəlzələdə neçə xarici vətəndaş ölüb?

Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində ölən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

TNS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O bildirib ki, zəlzələr nəticəsində ümumilikdə 6265 xarici ölkə vətəndaşı həyatını itirib.