Close

21:47
19 Aprel 2024

“Mado”nun qurucusunun evi zəlzələdə dağılmayıb - Niyə konteynerdə yaşayır?

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələlərdən sonra evlərini itirən minlərlə insan çadır və konteynerlərdə yaşayır.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, əsası Kahramanmaraşda qoyulan məşhur restoranlar şəbəkəsi “Mado”nun qurucusu Mehmet Kanbur da iki otaqlı konteynerdə qalır.

Kanbur bu qədim şəhəri tərk edə bilməyəciyini bildirib: “O gün düşündüm ki, bu, zəlzələ deyil, qiyamətdir. 3000-ə yaxın işçim var, 60-ı öldü. Bu gün millət, dövlət olaraq birlikdə olmalıyıq. Bu qədim şəhərdən, Maraşdan necə ayrılım? Evimə ziyan dəyməyib, amma mən gedib evdə otura bilmirəm. Əməkdaşlarımla eyni mühitdə, konteynerdə yaşayıram”.