Close

19:53
24 Aprel 2024

"İcazə istəməyəcəyik" - Kalından kritik mesaj

“Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədi daşıyan hərbi antiterror əməliyyatları keçirmək üçün icazə istəməyəcək”.

TNS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, Ankara çağırış və təhdidlərin aradan qaldırılması üçün birgə addımlar atmaq məqsədilə öz tərəfdaşları ilə masaya oturmağa hazırdır. Bu olmadığı təqdirdə isə məsələni öz gücünə həll etmək niyyətindədir.

Kalın qeyd edib ki, Türkiyə ordusunun Suriya və İraqla həmsərhəd ərazilərdəki bütün qərar və addımları BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır.

“Terrorizmlə mübarizənin müasir konsepsiyası təhlükənin ocağında məhv edilməsini nəzərdə tutur”- Türkiyə prezidentinin sözçüsü fikrini yekunlaşdırıb.