Azərbaycanda bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub
22
19:32 - 08 Avqust 2022
Bu gün Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub.
TNS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edək ki, ki, ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq yaymışdı.