Close

21:47
19 Aprel 2024

"Xiaomi 12 Lite" şirkətin rəsmi təqdimatından əvvəl Bakıda satışa çaxırıldı

“Xiaomi”nin Azərbaycandakı nümayəndəliyi “Xiaomi 12 Lite” smartfonu haqqında məlumat dərc edib və rəsmi elandan bir həftə əvvəl ilkin satışlara başlayıb.

TNS xəbər verir ki, bu barədə “Gizmochina” portalı məlumat yayıb.

"Xiaomi 12 Lite" 120 Hz yeniləmə tezliyini dəstəkləyən 6,55 düymlük Full HD + AMOLED displey, inteqrasiya olunmuş barmaq izi skaneri və 32 MP ön kamera üçün kəsiklə təchiz olunub.

Smartfonun əsas kamerası 108 meqapiksellik sensor, həmçinin 8 meqapiksellik ultra geniş bucaqlı sensor və 2 meqapiksellik makro modulla təmsil olunacaq.

"Xiaomi 12 Lite" artıq Azərbaycanda 1000 manat dəyərində əvvəlcədən sifariş edilib. Smartfonu Bakıda rəsmi "Xiaomi" mağazasında sifariş etmək təklif olunur. Yeniliyin yaxın günlərdə digər bazarlarda da qara, çəhrayı və yaşıl rənglərdə satışa çıxarılacağı gözlənilir.

Cihazın Rusiyada mövcudluğu barədə məlumat verilmir.