Close

18:20
06 Dekabr 2024

Şəxsi məlumatlarınız oğurlana bilər

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 77 saxta domen aşkarlayaraq, bloklayıb.

Dövlət qurumlarının domenlərinə bənzədilmiş saxta domenlər hansı məqsədlər üçün istifadə olunur?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov TNS-ə açıqlamasında bildirib ki, bu tip saxta domenlər bir çox məqsədlə yaradılır.

Mütəxəssis qeyd edib ki, bunlar dezinformasiya, rəsmi təsdiqi olmayan məlumatlar yaymaq, kibercinayətlər törətmək və s. ola bilər: “Bu domenlərdən dövlət tərəfindən əhaliyə müəyyən vəsaitin ayrılması adı altında insanlardan bank, xüsusən də kart məlumatlarının oğurlanması kimi hallar üçün istifadə edirlər. İnsanların şəxsi məlumatlarının oğurlanması məqsədilə də ola bilər. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən bütün məlumatları misal göstərmək olar. Eyni zamanda hansısa siyasi məqsədlər üçün istifadə də mümkündür. Bundan əlavə, ⁠cihazlara virus yoluxdurmaq üçün də istifadə oluna bilər ki, bununla cihazların idarəsini ələ keçirmək, onları sıradan çıxarmaq mümkün olur".

Ayşən Azadova