Close

“WhatsApp”dan yenilik - Bu funksiya istifadəçilər arasında mübahisələrə səbəb olub

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" yeni funksiyaları istifadəçilərə təqdim etməyə hazırlaşır.

Bu barədə şirkət açıqlama yayıb.

Belə ki, yeni funksiya ilə istifadəçilər mesajları geri qaytara biləcəklər. Eyni zamanda göndərilən mesajlar redaktə oluna biləcək.

"WhatsApp"ın tətbiq edəcəyi yeni funksiya istifadəçilər arasında mübahisələrə səbəb olub. Bir çoxları bunun əleyhinə çıxıblar.