Close

22:51
28 Mart 2024

"WhatsApp"da yeni funksiya: həm səsi dinlə, həm də...

“WhatsApp” mesenceri “Windows” əməliyyat sistemi üçün 2.2316.2.0 versiyasında yeni funksiyanı işə salır. Belə ki, artıq çatdan kənarda səsli mesajları dinləmək mümkün olacaq.

TNS xəbər verir ki, yenilikdən “Windows” üçün “WhatsApp”ın cari beta versiyasını “Microsoft” mağazasından yükləyən bütün istifadəçilər yararlana bilər.

“Bu, xüsusən də uzun səsli mesajı dinlənilən zaman çox rahat və faydalıdır. Artıq səsi dinləyərkən digər çatlarda ünsiyyətini davam etdirmək imkanı var”, - deyə müəlliflər vurğulayıblar.

Funksiya hələlik mesencerin beta versiyasında görünür. Bununla belə tərtibatçılar əlavənin stabil versiyasının bəzi sahibləri üçün əlçatan ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, bundan əvvəl “WhatsApp” mesenceri “Windows” istifadəçiləri üçün bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insanın iştirak edə biləcəyi yenilik təqdim etmişdi.