Close

21:47
19 Aprel 2024

“WhatsApp”da yeni funksiya - Naməlum şəxslərdən gələn zənglər...

“WhatsApp” messenceri istifadəçiləri spamerlər və fırıldaqçılardan gələn zənglərdən qorumaq üçün yeni funksiyanı sınaqdan keçirir.

TNS xəbər verir ki, bununla istifadəçilər naməlum şəxslərdən gələn zəngləri eşitməyəcək.

Lakin buraxılmış zərərli zənglər haqqında məlumat zəng tarixçəsində görünəcək. Zəng edən şəxs blok bildirişi almayacaq və uzun səs siqnalları eşidəcək.

Hazırda funksiya yalnız “Android” əməliyyat sistemində olan smartfonlar üçün sınaqdan keçirilir.